Ötən gün Honq-Konqda 82 yaşında vəfat edən əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımovanın nəvəsi, "Səs Azərbaycan" yarışmasının iştirakçısı Hilal Süleymanov danışıb.
Mediainfo.az xəbər veririr ki, Hilal Süleymanov Teleqraf.com-a açıqlamasında bəstəkarın Honq-Konqda bibisinin evində vəfat etdiyini deyib:
"Nənəm üç həftə əvvəl Honq-Konqda yaşayan bibimin evinə getmişdi. Orada səhhəti pisləşdi, burada normal idi. Düzdür, babam rəhmətə gedəndən sonra səhhəti ilə bağlı problemlər yaşamağa başlamışdı. Ayağı şişmişdi. Ümumiyyətlə, ürəyində də problem vardı. Babamdan sonra vəziyyəti daha da pisləşdi. Honq-Konqda da, təəssüf ki, vəziyyəti düzəlmədi, xəstəxanaya düşdü. Böyrək çatışmazlığından əziyyət çəkirdi və böyrəkləri funkisiyasını itirmişdi. Hazırda nəşi bibimin evindədir".
Bəstəkarın nəşi Azərbaycana nə vaxt gətiriləcək? Hilal Süleymanov bildirib ki, bu haqda hələlik dəqiq məlumat yoxdur: "Sənədlər hazırlanmalıdır. Bu proses müəyyən qədər vaxt aparır. Azərbaycanda isə harada dəfn ediləcəyi hələ məlum deyil".
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“

























































