Ukrayna Silahlı Qüvvələrinin mövqelərindən Rusiyanın işğalı altında olan Xerson şəhərinə 30 kilometr qalıb.
Mediainfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç danışıb.
Onun sözlərinə görə, Ukrayna Ordusunun Posad-Pokrovske kəndindəki mövqelərindən Xerson şəhərinə 30 km məsafə olsa da, Ukrayna hərbçiləri artıq həmin yaşayış məntəqəsindən də irəlidədirlər:
“Bu mövqedən Xersondakı evlər artıq görünür. Bu, çox yaxşıdır, çünki artilleriyanın bütün növləri işə başlayacaq”, - Prezident Ofisinin rəsmisi vurğulayıb.
Xatırladaq ki, daha öncə Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Ordusunun oktyabrın 1-dən Xerson vilayətində 500 kvadrat km-dən çox ərazini və onlarla yaşayış məntəqəsini işğaldan azad etdiyini açıqlayıb. Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdəki uğurlarını ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu da vurğulayıb.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
























































