Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları zamanı əldə etdiyi uğurlar Qərbdə Ukraynadakı müharibənin Milad bayramına qədər bitəcəyinə ümid yaradıb.
Mediainfo.az-ın “The Times”a istinadən verdiyi xəbərə görə, Böyük Britaniya hökumət rəsmilərindən biri hesab edir ki, Ukrayna qoşunlarının döyüş meydanında irəliləyişi davam edərsə, ilin sonuna qədər Rusiya qoşunları Donbasdan Rusiya ərazisinə çıxarılacaq.
Bununla belə, jurnalistlər qeyd ediblər ki, sürətli uğurlar, yəqin ki, böyük itkilərlə ödənilməli olacaq. Məhz buna görə də Ukraynada onlar daha ləng, eyni zamanda şəxsi heyətin həyatını xilas etməyə imkan verən daha taktiki yanaşmaya üstünlük verirlər.
“The Times” izah edib ki, Qərb siyasətçilərinin müvafiq rəyi kəşfiyyat məlumatlarına deyil, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları zamanı əldə etdiyi nailiyyətlərə əsaslanır.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
























































