Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda Odessa və Nikolayev vilayətlərinə hücum edən Rusiyaya məxsus İran istehsalı kamikadze dronlarını zərərsizləşdirib.
Mediainfo.az xəbər verir ki, bu barədə “Cənub” hava komandanlığının ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.
“Düşmən Ukraynanın cənubunu İran istehsalı olan pilotsuz təyyarələrlə terrorizə etməyə davam edir. Belə ki, oktyabrın 7-də saat 20:00-dan 21:30-a kimi Rusiya işğalçı qoşunları 3 ədəd “Shahed-136” kamikadzesi ilə Odessa və Nikolayev vilayətlərinə hücum edib. Hər üç qanadlı kamikadze “Cənub” zenitdən müdafiə hava komandanlığının qüvvə və vasitələri tərəfindən vurulub”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, “The Washington Post” nəşri artıq avqust ayında Rusiyanın İrandan dronların ilk partiyasını aldığını yazmışdı. Sentyabrda Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat rusiyalıların Ukraynaya qarşı müharibədə artıq İran pilotsuz uçuş aparatlarından istifadə etdiyini təsdiqləyib.
Son həftələrdə Ukrayna ərazisində İran istehsalı onlarla dron məhv edilib.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































