MİT Suriyanın şimalındakı Aynularap bölgəsində keçirdiyi əməliyyatla terror təşkilatı PKK/YPG-nin Kobani əyalətinin rəhbəri adlandırılan Həsən Dəmirtaşı zərərsizləşdirib.
Mediainfo.az xəbər verir ki, Həsən Dəmirtaş terror təşkilatına 2001-ci ildə qoşulub.
O, uzun illər Hakkari, Tunceli və Zaqrosda türk təhlükəsizlik qüvvələrinə qarşı əməliyyat keçirib.
Həsən Dəmirtaş MİT tərəfindən hədəf siyahısına salınmışdı. Bu çərçivədə sahə agentlərindən məlumat alan MİT Kobani şəhər mərkəzində keçirdiyi əməliyyatla H.Dəmirtaşı zərərsizləşdirib.
2012-ci ildə Dersim Vilayəti Əli Boğazı Regional Mütəxəssisi olaraq fəaliyyətini davam etdirən Həsən Dəmirtaş 2014-cü ildə İraq köçüb. O, 2016-cı ildə PKK/YPG Suriya/Cərabulus cəbhəsi, 2017-ci ildə Kobani/Miştenur qərargah zabiti, 2019-cu ildə Kobani dislokasiya zabiti vəzifələrində çalışıb.
PKK/YPG adından Suriya/Menbicdə ABŞ rəsmiləri ilə təmasda olan Həsən Dəmirtaş 2020-ci ildən Kobani vilayətinin baş məsul vəzifəsinə təyin edilib. Bu müddət ərzində o, Kobani ətrafında Türkiyə sərhəd xəttində təhlükəsizlik qüvvələrinə qarşı hərəkətləri təlimatlandırıb və istiqamətləndirib.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
























































