Erməni təxribatları həmişə olub, bundan sonra da olacaq. Ermənistan daxilində olan müəyyən qüvvələrin istəyi sülh prosesini pozmaqdan ibarətdir. Eyni zamanda Ermənistan rəhbərliyi də ziddiyyətli bəyanatlar verir. Amma ümumilikdə proses gedir.
Mediainfo.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Teleqraf.com-a açıqlamasında deyib.
Onun fikrincə, artıq Ermənistan tərəfi dərk etməyə çalışır ki, sülhə alternativ yoxdur: “Sadəcə erməni tərəfi Qarabağ məsələsini yenə də ortaya atmaq istəyir. Amma prosesin hansı formada inkişaf edəcəyi önəmlidir. Burada Azərbaycanın mövqeləri tam aydındır. Çünki Qarabağ bizim daxili məsələmizidir. Bir sıra beynəlxalq vasitəçilər də bu mövqeyi bölüşürlər. Ona görə də, biz erməni əhalisinə təbii ki, ölkə Konstitusiyası çərçivəsində müəyyən hüquqlar verməyə hazır olduğumuzu bəyan etmişik”.
Fərid Şəfiyev hesab edir ki, Ermənistanla sülh prosesi çərçivəsində bu məsələ müzakirə edilməyəcək: “Azərbaycanın qəti mövqeyi budur. Bütün çətinliklərə baxmayaraq sülh prosesinə davam ediləcək. Beynəlxalq qüvvələr də Ermənistandan sülh prosesini davam etdirməyi təkid edir”.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
























































