Şəkinin Cəfərabad kənd tam orta məktəbində müəllimlər dərsləri boykot edib.
Mediainfo.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya adıçəkilən kəndin müəllimlərinin göndərdiyi məlumatda deyilir.
Məlumata görə, müəllimlərin boykot qərarına həmin məktəbdə təhsil alan şagirdlər də qoşulub. Buna səbəb isə ötən il korrupsiya və digər neqativ əməllərinə görə işdən azad olunmuş direktor Rahim Salamovun yenidən işə qayıtmasıdır.
Müəllimlər deyir ki, yeni tədris ilində keçmiş direktor ortalığa çıxmasa da bu gün onun məktəbə gəlişi hər kəsi təəccübləndirib: “İndi gəlib ki, mən direktoram, amma biz onu qəbul etmirik. Valideynlər də onu istəmir. “Günün Səsi” xəbər saytının bu məsələni nazirimizin diqqətinə çatdırmasını xahiş edirik”.
Rahim Salamov hadisə haqda danışmaqdan imtina edib.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
























































