Son sutka ərzində ruslar Ukrayna ərazisinə 11 raket və 10 hava zərbəsi endiriblər.
Mediainfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd edilir ki, rus ordusunun zərbələri nəticəsində 35-dən çox yaşayış məntəqəsi zərər çəkib.
“Ruslar son sutka ərzində 11 raket və 10 hava zərbəsi endirib, MLRS-dən 65-dən çox mərmi atıblar. Nəticədə 35-dən çox yaşayış məntəqəsi zərər çəkib. Onların arasında Redkodub, Slavyansk, Kramatorsk, Beloqorovka, Baxmut, Netaylove, Maryinka, Vremevka, Krivoy Roq, Zaporojye, Zalizniçnoe və Nikolayev də var”, - məlumatda deyilir.
Baş Qərargah qeyd edir ki, Volın və Polesski istiqamətlərində vəziyyət dəyişməz olaraq qalır. Digər istiqamətlərdə isə ruslar müxtəlif təyinatlı tanklardan və artilleriya qurğularından atəş açıb.
Rus ordusu Siverski istiqamətində Çerniqov vilayətində Ukraynaskoe və Sumı vilayətinin Basovka, Pisarevka, Kiyanitsa qəsəbələri ərazilərinə hücuma keçib.
Baxmut istiqamətində bir sıra yaşayış məntəqələrinə hücum edilib.
Eləcə də Novopavlovsk və Zaporojye istiqamətlərində onlarla qəsəbə tank və artilleriya atəşinə tutulub.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































