ABŞ-ın Florida ştatında “İen” qasırğası nəticəsində azı 45 nəfər həlak olub.
Mediainfo.az xəbər verir ki, bu barədə CNN televiziyası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, Li rayonunda 16 nəfər, Şarlotta rayonunda 12 nəfər, Kollier rayonunda 8 nəfər ölüb. Təbii fəlakət ştatda dağıntılara səbəb olub. Çoxlu sayda yollara, körpülərə və binalara ciddi ziyan dəyib.
Florida qubernatoru Ron Desantis bildirib ki, qasırğa ştata tarixi ziyan vurub və onun tam bərpası üçün illər lazım olacaq. Ştatda 1,2 milyondan çox istehlakçı işıqsız qalıb.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
























































