Ukrayna polisi Qostomel yaxınlığındakı “insan ovu”nu həyata keçirən rusiyalı hərbçilərdən beşinin kimliyini müəyyənləşdirib. Bu barədə tanınmış rusiyalı bloqer Rüstəm Adegeyev özünün sosial şəbəkə hesabından məlumat verib.
Mediainfo.az xəbər verir ki, o, paylaşımına həmin anların əks olunduğu kadrları da əlavə edib.
Bloqerin sözlərinə görə, görüntülər 2022-ci il fevralın 25-nə aiddir. Videoda Krasnoyarsk OMON-un döyüşçülərinin bir neçə saat ərzində yoldan keçən maşınları atəşə tutması əks olunub.
“Bu əclaflar özləri üçün safari turu təşkil edərək əyləniblər”, - deyə o, qəzəblə yazıb.
Adegeyev həmin günü azı 11 nəfərin öldüyünü, daha 15 nəfərin isə yaralandığını bildirib.
“Ölənlər arasında Rusiya, Almaniya vətəndaşı və Daxili İşlər Nazirliyinin Buça şəhəri üzrə idarəsinin iki əməkdaşı da var”, - deyə o əlavə edib.
Videonun sonunda Ukrayna polisi “insan ovu”nda iştirak edən Rusiya Milli Qvardiyasının hərbçilərinin kimliyini açıqlayıb.
“Ümid edirəm ki, nə vaxtsa onlar törətdikləri cinayətin cəzasını alacaqlar”, - deyə Adegeyev sözlərini yekunlaşdırıb.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































