Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona vermək istədiyi bir otaqlı mənzildən imtina edib.
Mediainfo.az xəbər verir ki. bunu Manset.az-a müsahibəsində Sənan Əhmədov bildirib. O, qeyd edib ki, ailə üzvlərinin sayına görə bu təklifə rədd cavabı verib:
“Dedilər ki, sizə bir otaqlı ev veriləcək. Dedim ki, qardaşım evə görə döyüşməyib. O, yaşasaydı dekabr ayına qədər mənzil alacaydıq. Amma mən bugünkü gün utana-utana yataq otağında qonaq qəbul edə bilmərəm. Mənim qızım və həyat yoldaşım var. Hətta mənim kirayə qaldığım evdə belə qonaqları qəbul etmək üçün zal var. Onlar da dedi ki, sənə iki otaqlı ev təklif edə bilmərik. Qeyd etdilər ki, o bir otaqlı evi də sənə internat məzunu olduğun üçün veririk. Onlar bildirdilər ki, sən şəhid ailəsi sayılmırsan. Onun ailəsi mən deyiləmsə, kim idi? O mənimlə qalırdı. Bizim bir-birimizdən başqa kimsəmiz yoxdur. Onlara bu haqda da məlumat verdim. Onlar dedi ki, qanun belədir, qardaş ailə hesab olunmur”.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































