Serj Sarqsyana qarşı cinayət işi məhkəməyə verildi - Rüşvət qalmaqalı

Serj Sarqsyana qarşı cinayət işi məhkəməyə verildi - Rüşvət qalmaqalı

Ermənistanın sabiq prezidenti Serj Sarqsyana qarşı qadın sahibkar Silva Ambartsumyandan rüşvət alması iddiası ilə bağlı daha bir cinayət işi məhkəməyə verilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, ibtidai istintaqın başa çatdığını Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi elan edib.

Xatırladaq ki, cinayət işi 2021-ci ilin noyabrında açılıb. İddiaya görə, sabiq prezident 2008-ci ilin fevralında baş nazir vəzifəsində işləyərkən baş köməkçisi (keçmiş prezidentin kürəkəni Mikael Minasyan) ilə birlikdə 2,9 milyon dollar rüşvət alıb, bunun müqabilində onlar Ermənistanda qeydiyyatdan keçmiş MMC-lərdən birinin səhmlərinin 100 %-nin qeyri-rezident şirkətə satışına maneə yaratmamağa razılaşıb.

Qeyd edək ki, Sarqsyan daha iki cinayət işi üzrə müttəhimdir. Onlardan biri neft məhsulları idxal edən “Flash” şirkətinin mühafizəsi, ikincisi isə İrəvandakı “Erablur” hərbi panteonunun yaxınlığında yerləşən torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlıdır.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az