İranın ali dini lideri Əli Xamneyi Twitter (X) səhifəsində ivrit dilində İsrailə müraciət edərək, Suriyanın paytaxtı Dəməşqdə ölkənin səfirliyinə edilən hücuma cavab verəcəyini vəd edib. O, həmçinin Tel-Əvivi "peşman" edəcəyinə söz verib.
"Oxuməni.az"-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə , bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbə nəticəsində yeddi hərbi məsləhətçinin öldürüldüyünü təsdiqləyib. Yayılan məlumata görə, həlak olanlar arasında briqada generalı Məhəmməd Rza Zahedi və briqada generalı Məhəmməd Hadi Hacı Rəhimi olub.
Daha sonra ABŞ İsrailin Suriyadakı İran konsulluğuna hücumunun bölgədə hərbi əməliyyatların artmasına və yəhudi dövlətinə və ABŞ qüvvələrinə cavab zərbələri endirməsinə səbəb ola biləcəyindən ehtiyat etdiyini bildirib. Onlardan bəziləri hücumun yaxın 48 saat ərzində baş verə biləcəyini bildirib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































