İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasını təmin etmək üçün lazımi tədbirlər görməlidir. "Oxuməni.az"-ın verdiyi məlumata görə, bu qərarı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi qəbul edib. Hökmdə deyilir ki, hərbçilər Fələstin anklavına ərzaq, su və yanacağın çatdırılmasına mane olacaq hərəkətlər etməməlidirlər.
Bu arada, ABŞ və İsrail , İsrail ordusunun Rəfahda mümkün əməliyyatı ilə bağlı yeni danışıqlar aparmağa razılaşıb. Bir müddət əvvəl Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəs tələbi ilə bağlı qətnaməsinə veto qoymamasından sonra baş nazir Benyamin Netanyahu nümayəndə heyətinin Vaşinqtona səfərini ləğv etmişdi.
Livan-İsrail sərhədində gərginliyin artması fonunda İtaliyanın baş naziri Corcia Meloni Beyruta qısa səfər edib. O, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin tərkibində olan İtaliya batalyonunun əsgərləri ilə görüşüb, livanlı həmkarı Nəcib Mikati ilə danışıqlar aparıb. Sonuncu bildirib ki, İsrail Livanın suverenliyinə qəsd etməyi və Livan ərazisinə hücumları dayandırmalıdır.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































