Moskva vilayətindəki “Crocus Siti Holl”da terror aktını törədənlər İŞİD terror təşkilatının Əfqanıstan qanadına aid olan və Tacikistanda auditoriya üçün işləyən “Xorasanın səsi” Telegram kanalı vasitəsilə işə cəlb ediliblər.
Publika.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbəyə istinadən “RİA Novosti” məlumat yayıb.
“Biz konkret şəxslə bağlı materialları nəzərdən keçirdik. Həmkarlarımızdan arayış var ki, o, terror aktları törətmək üçün insanların cəlb olunduğu Telegram kanalında olub. Bundan başqa, əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, həmin Telegram kanalı “Crocus City Hall”da terror aktını törədən şəxsləri işə cəlb edib... Bu, “Sadoi Xuroson” (“Xorasanın səsi”) Telegram kanalıdır”, - mənbə bildirib.
Hazırda Əfqanıstandan “Vilayət Xorasan” terrorçularının nəzarətində olan, qadağan olunmuş İD-in Tacikistan qanadına məxsus müvafiq Telegram kanalı silinib. Bunun baş vermə səbəbi mənbəyə məlum deyil. Agentliyin müxbirləri əmin olublar ki, bu kanal nə Rusiyada, nə də Tacikistanda açılmır.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































