Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər. Məlumatı mia.gov.az paylaşıb.
Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir. Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir.
Tədbirlərlə 16-26 mart tarixlərində polis əməkdaşları tərəfindən təkcə Xankəndi şəhəri ərazisindən 64 ədəd müxtəlif markalı avtomat silahı, 7 pulemyot, 21 tüfəng, 8 tapança, 78 qumbara, 1 saatlı bomba, 1 qumbaraatan, 46 alışdırıcı, 361 patron darağı, 33.742 ədəd müxtəlif çaplı patron, 6160 ədəd mərmi, 9 ədəd süngü-bıçaq və digər sursatlar aşkarlanıb.
Bundan başqa, Novruz bayramı günlərində işğaldan azad olunmuş ərazilərə icazəsi olan şəxslərin sərbəst keçidi təmin edilib. Bölgədə hərəkətinə icazə verilən şəxslərlə bağlı hər hansı hüquqazidd hal baş verməyib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































