Son vaxtlar ardıcıl baş verən qəzalar və texniki nasazlıqlar Amerikanın ən böyük şirkətlərindən biri olan "Boeing" haqqında suallar doğurur. 2018 və 2019-cu illərdə şirkətin məşhur modeli 737 Max-da baş verən iki qəzada 346 nəfər həyatını itirib. Bu il yanvarın 5-də 737 Max təyyarəsinin qapısı uçuş zamanı qırılıb. Fevral ayında isə eniş zamanı 737 Max-ın sükan pedalı tıxanıb və pilotlar çətin anlar yaşayıblar. Ötən həftə isə şirkətdə əsl kabus yaşayıb. Martın 4-də Texasdan havaya qalxan 737-nin mühərriki yanıb. Martın 6-da Portlenddən havaya qalxan 737 təyyarəsinin salonu tüstü ilə dolub.
Ertəsi gün San-Fransiskodan Yaponiyaya uçan təyyarənin təkəri yerə düşüb. 110 kiloluq təkər dayanacaqda bir avtomobili əzib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Məlumatı Oxuməni.az paylaşıb.
Bu həftənin əvvəlində Avstraliyadan Amerikaya uçmalı olan Boeing 777 yanacaq sızması səbəbindən geri dönməli olub.
Həmin gün Avstraliyadan Yeni Zelandiyaya uçan 787 təyyarəsi qəfil hündürlüyünü itirib.
İstehsal xəttində nasazlıqları aşkar edən keçmiş işçi ötən şənbə günü ölü tapılıb. Şirkətin standartları pozduğunu deyən 62 yaşlı Con Barnettin intihar etdiyi güman edilir.
Xatırladaq ki, "Boeing" dünya üzrə 10 mindən çox təyyarəsi ilə Avropadakı rəqibi "Airbus"-dan sonra bazarda ən böyük istehsalçıdır.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































