Bakının Xəzər rayonunun Binə qəsəbəsində quldurluq hadisəsi baş verib. Gecə saatlarında naməlum şəxs yol ilə hərəkət edən yük avtomobilinin qarşısını kəsərək sürücüyə kəsici alətlə xəsarət yetirib və üzərində olan pul vəsaitini ələ keçirib.
Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə təqsirli bilinən, əvvəllər oğurluq, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunmuş Məmmədov Tariel saxlanılıb. Məlumatı mia.gov.az paylaşıb.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs quldurluq hadisəsini törətməmişdən öncə qəsəbə ərazisində bir neçə avtomobilin yan şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından bank kartları, pul vəsaiti, maqnitofon və digər əşyalar oğurlayıb.
Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































