Bu gün Novruzun ikinci çərşənbəsi - Od çərşənbəsidir. Hələ çox-çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşi, onun yerdəki simvolu olan odu təsəvvürlərində belə canlandırıblar. İnsanlar düşünüblər ki, Günəşi və Odu nə qədər əzizləsələr, oxşasalar, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər. Hələ qədimdən xalqımızın Günəşə, Oda böyük inamı olub. Bu səbəbdən də Odu qoruyub saxlamaq adətə çevrilib.
Qədim dövrlərdə insanlar hətta Günəşi salamlamaq üçün xüsusi tonqallar yandırıb ətrafında dövrə vurar, sonra da o tonqaldan hərə bir məşəl götürüb öz ocaqlarını alışdırmaq üçün evlərinə tələsərdilər. Kənd yerlərində bütün kəndi Od çərşənbəsinin olması ilə bağlı agah etmək üçün həmişə dağların başında tonqallar qalanarmış. Əgər dağlar olmasa, hündür yerlər seçərək o hissələrdə tonqalın qalanması daha məqsədəuyğun hesab olunurdu. Həmin gün insanlar bir-birinə qonaq gedər, "Çərşənbən mübarək" deyər, "Ağrın, acın odda yansın, Yel dərd-qəmini aparsın" söyləyərlər. Bu alqışlar həm də ona işarədir ki, qarşıdakı əziz gün Yel çərşənbəsi olacaq. İstiliyin qorunması, istiliyin yenidən qayıdıb torpağa hopması, torpaqda istiliyin başlanması və nəhayət, əmək mövsümünün başlanması üçün torpağa məhsul əkininə hazırlıq ənənələri Od çərşənbəsində əksini tapır.
Sudan içdik, oddan keçdik, indi üzü küləyə sarı gedirik.
Azərbaycanpolisi.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































