Fələstinli fəal qruplar bütün dünyanı “Ramazan tufanı”na qoşulmağa və Ramazan ayında Qəzza xalqına dəstək üçün qlobal nümayişlər təşkil etməyə çağırıb. Məlumatı Oxuməni.az paylaşıb.
Fələstinli fəal qruplar tərəfindən edilən yazılı açıqlamada, dünyada var olan vicdanlı insanlar, Ramazan ayında milli, regional və beynəlxalq səviyyədə ictimai səfərbərliyə qoşulmağa dəvət olunublar.
Açıqlamada Fələstin davasına dəstək verilməsinin, Qəzza xalqına qarşı müharibəsinin dayandırılmasının və İsrailin planlarının qarşısının alınmasının vacibliyi vurğulanıb. “Ramazan tufanı” çərçivəsində hər cür boykotun aktivləşdirilməsi tələb edilib. İsrailə maliyyə axını dayandırılsın, dünya paytaxtlarında tətillər və nümayişlər təşkil edilsin.
Bəyanatda Fələstin xalqının öz müqəddəratını təyin etmək, öz torpaqlarına qayıtmaq və paytaxtı Şərqi Qüds olan müstəqil dövlət qurmaq hüququndan bəhs edilib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































