Finlandiyada yeni dövlət başçısı Aleksandr Stubbın andiçmə mərasimi keçiriləcək.
Səhər saatlarında səlahiyyət müddəti başa çatan prezident Sauli Niinistö və altı illik müddətə prezident seçilən Stubb mərasim üçün parlamentə gələcəklər. Bu barədə Oxuməni.az məlumat paylaşıb.
Fevralın 11-də keçirilən seçkilərin ikinci turunun nəticələrinə görə, Aleksandr Stubb keçmiş xarici işlər naziri Pekka Haavistoya qalib gəlib. O, ölkə tarixində 13-cü prezident olacaq.
Aleksandr Stubb ölkədə bir sıra vəzifələrində çalışıb. 2008-ci ildə Xarici İşlər Nazirliyinin rəhbəri təyin edildikdən sonra o, özünü NATO-nun fəal tərəfdarı kimi göstərsə də, əhalinin əksəriyyəti isə alyansa üzvlüyün tərəfdarı deyildi. Stubb 2014-2015-ci illərdə Finlandiya Nazirlər Kabinetinə rəhbərlik edib. 2017-ci ildə o, həmişəlik siyasətdən getdiyini açıqlamışdı. Bundan sonra o, bank sektorunda işləmiş, son vaxtlara qədər Florensiyada Universitetində professor vəzifəsində çalışmışdır…
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































