ABŞ Federal Aviasiya Administrasiyası (FAA) «Boeing Co»-dan tələb edib ki, sistemli keyfiyyətə nəzarət məsələlərini həll etmək üçün 90 gün ərzində hərtərəfli fəaliyyət planı hazırlasın. Bu barədə Oxuməni.az FAA-nın mətbuat xidmətinə istinadən məlumat yayıb.
FAA komissarı Mike Vhitaker, «Boeing»-in baş direktoru David Calhoun ilə görüşdən sonra deyib: "Boeing real, dərin təkmilləşdirmələr etməyi öhdəsinə götürməlidir. Əsas dəyişikliklərin edilməsi Boeing rəhbərliyindən davamlı səy tələb edəcək və biz onları hər yalnış addımda məsuliyyətə cəlb edəcəyik".
FAA, «Boeing»-in planına istehsal xətlərinin təftişlərinin nəticələrini daxil etməyi gözləyir.
Calhoun bildirib ki, Boeing həm şirkət, həm də müstəqil ekspertlər tərəfindən nəzərdən keçirildikdən sonra "nə edilməli olduğuna dair aydın təsəvvürə malikdir".
Yanvarın əvvəlində Alyaska Hava Yollarına məxsus «Boeing 737-9 MAX» təyyarəsi təxminən 5 km hündürlükdə havada qapısını itirərək Portlend hava limanında təcili eniş edib.
Bunun ardınca FAA «Boeing 737-9 MAX» təyyarələrinin ABŞ hava məkanında müvəqqəti dayandırılması və onların ABŞ aviaşirkətləri tərəfindən istismarı barədə göstəriş verib. FAA-nın qərarı 171 «Boeing» təyyarəsinə təsir edib.
Sonradan məlum oldu ki, FAA «Boeing Co» şirkətinə qadağa qoyub…
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































