Orta Afrika ölkəsi Kamerundakı çox sayda kiçik krallıqdan biri olan Bafutda 11-ci Kral Abumbinin 100-ə yaxın avadı olduğu güman edilir.
Bafut Krallığında, ənənələrə görə ölən kralın bütün mirası ilə birlikdə, zövcələri də varisinə qalır. Həmçinin yeni kral öz seçdiyi şahzadəylə də evlənir.
Krallıqda xanımların olduqca əhəmiyyətli bir rolu var.
Abumbinin üçüncü xanımı Kraliça Constance, hər uğurlu kişinin arxasında uğurlu, güclü bir qadın var deyir və əlavə edir, "Ənənələrimizə görə, əvvəlki kralın yaşlı xanımları yeni gənc xanımlara qaydaları öyrədir. Eyni şəkildə, yeni krala da ənənələrimizin öyrədilməsi arvadlarının borcudur".
Poliqamiya, yəni çox arvadlılığın qanuni olduğu Kamerundakı Bafut Krallığında köhnə Kral Zofoanın atası öləndə onun 72 arvadı və 500 uşağı özünə "miras" qalıb.
CNN İnternationalın aparıcısı Sonu Methu, Kral Abumbiylə tanış olduqdan sonra bunarı deyir: "Kralın həyat tərzilə bağlı tez onu mühakimə edirik, ancaq eyni Birləşmiş Krallıqda olduğu kimi Afrikadakı krallıqlar da zəngin bir mədəniyyət və tarixə malikdir". (mir.az)
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































