"Azərtelekom" MMC Bakı metropoliteninin qatarlarında "Wi-Fi" şəbəkəsinin yaradılmasını təklif edir.
Trend-in məlumatına görə, bu təkliflə şirkətin biznes inkişaf üzrə direktoru Səbinə Məmmədli "Caspian European Club"ın təşkil etdiyi nəqliyyat biznes forumu zamanı çıxış edib.
Onun sözlərinə görə, "Azərtelekom" bu təkliflərlə Dövlət Radiotezliklər İdarəsinə müraciət edib: "Amma qarşımızda dayanan başlıca problem yeni texnologiyaların, xüsusilə də simsiz rabitənin 2002-ci ildən dəyişməyən tarifləridir. Əgər bu layihəni hazırkı tariflərlə tətbiq etsək, bu səmərəli olmayacaq".
S.Məmmədli əlavə edib ki, onlar hazırda bu məsələ ilə bağlı Tarif Şurasının qərarını gözləyir.
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































