Argentinanın cənubunda yerləşən Neuken əyalətində dinozavrlara aid yumurtalar aşkar edilib.
Bu barədə "Telam" agentliyi məlumat yayıb. Yumurtaların 70 milyon il əvvələ aid olduğu bildirilir. Onların içində dinozavrların embrionlarının qalıqları qalıb. Neuken Mədəni İrsinin Mühafizəsi Departamentinin rəhbəri Klaudiya Delya Neqra bildirib ki, alimlər üçün bu tapıntı böyük əhəmiyyət kəsb edir. "Onlar embrionları hərtərəfli tədqiq edirlər və artıq embrional dəri və dişin təhlilini etmək mümkün olub", - deyə o əlavə edib.
Delya Neqranın sözlərinə görə, onların tapıldığı ərazinin bataqlıq olması, sonradan isə oranın vulkan çöküntüləri altında qalması sayəsində yumurtalar dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çıxıb. (report)
Mediainfo.az

Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə

















.jpg)










.jpg)
















.jpg)







