Novruz bayramına 4 həftə qalmış 4 əsas ünsürlə-Su, Yel, Torpaq və Od çərşənbələri ilə qədəm qoyulur. Ta qədim zamanlardan Novruz bayramı bu 4 əsas çərşənbə sevincindən keçərək gəlib bizlərə, elimizə, obamıza çatmışdır. "Dünya" Tv-nin efirində yayımlanan "Bu bizik" verilişinin budəfəki buraxılışı Novruz bayramına aparan yolun ilk həftəsinə, Su çərşənbəsinə təsadüf etdiyindən, səhnədəki masa Novruzun atributları olan səməni, paxlava, şəkərbura və digər şirniyyatlarla bəzədilmişdir.
Verilişin aparıcısı öz səhnə mədəniyyəti və səmimiliyi ilə seçilən Fərqanə Gülağaqızı Novruz bayramı, çərşənbələrin həyatımızda nə kimi rolundan danışaraq tamaşaçıları və xalqımızı bu ilk çərşənbə vasitəsilə təbrik edib, qonaqlarını studiyaya dəvət etdi. Qonaqlardan populyar müğənni Samir Piriyev, aşıq Zülfiyyə və oğlu Babək Quluzadə Su çərşənbəsi münasibətilə xalqımızı, elimizi təbrik edərək, burada olan xoş aura, gözəl abı-havadan danışdılar. Aşıq Zülfiyyə səhnədəki dekorasiyanı, Novruz atributlarını,verilişdəki şux əhval-ruhiyyədən fərəhlənərək bildirdi ki, bura doğulduğum eli, obanı xatırlatdı mənə.
Samir Piriyev, aşıq Zülfiyyə və oğlu Babək Quluzadə öz nəğmələrini ərməğan edəndən sonra Azərbaycan Dövlət Musiqili Teatrının tanınmış aktrisası Telli Hüseynova oynadığı kiçik komik səhnənin dialoqu ilə danışa-danışa birbaşa səhnəyə daxil oldu. Oynadığı səhnəni bitirdikdən sonra Telli Hüseynova da tamaşaçıları salamlayıb, bu ilk çərşənbə münasibətilə xalqımızı təbrik etdi. Verilişə dəvət alan qonaqlar aparıcı ilə birlikdə Novruz bayramının adət-ənənsindən, inanclardan danışaraq xoş xatirələrini bölüşdülər, dinlərin fərqindən asılı olmayaraq tolerant bir ölkədə yaşadıqlarını söylədilər. Daha sonra isə çərşənbə adətlərindən biri olan xına isladaraq, qonaqlar əllərinə xına yaxdılar. Eyni zamanda xalqımıza ruzi-bərəkət, əmin-amanlıq, bütün Azərbaycan xalqının əlinə həmişə xına yaxılsın kimi arzular dilədilər. Və qonaqlar "Bu bizik" verilişinin gözəl abı-havasına, müsbət aurasına görə aparıcı Fərqanə Gülağaqızına öz minnətdarlıqların bildirdilər.
Aparıcı Fərqanə Gülağaqızı "Bu bizik" verilişinin informasiya dəstəyinə görə "Mediainfo.az" saytına və saytın qəzeti olan "Oxu Məni" qəzetinə öz təşəkkürünü bildirdi.
Verilişin sonunda isə həmişəki kimi ənənəvi olaraq xatirə şəkilləri çəkdirdilər.
İsa Rəvan
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































