Azərbaycanda nəsli kəsilməkdə olan canlılar süni yolla çoxaldılacaq

Azərbaycanda nəsli kəsilməkdə olan canlılar süni yolla çoxaldılacaq

Azərbaycanda nadir və nəsli kəsilməkdə olan canlılar süni şəkildə çoxaldılacaq.

Apa-nın xəbərinə görə, AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov bildirib ki, bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sıx əməkdaşlıq etmək nəzərdə tutulub. O deyib ki, birgə əməkdaşlıq çərçivəsində ölkədə nadir və nəsli kəsilməkdə olan canlılar süni şəkildə çoxaldılaraq təbiətə buraxılacaq.

E. Yusifov qeyd edib ki, ölkədə zəliçiliyin inkişaf etdirilməsi də vacibdir: "Zəli tibbdə çox geniş tətbiq olunur. Belə ki, zəlinin ifrazatında olan 150-yə yaxın birləşmələr təbabətdə 40-dan çox xəstəliyin müalicəsində istifadə edilir".

Kosmik zoooloji tədqiqatların da aparılacağını söyləyən E. Yusifov vurğulayıb ki, 40-50 ildir ölkədə bəzi heyvan növlərini tapmaq mümkün deyil. Manul pişiyi, kaftarı nümunə kimi göstərən institut direktorunun sözlərinə görə, kosmik tədqiqatlar vasitəsilə kosmik fotoqrafiyaları riyazi metodla tətbiq edərək canlıların biotoplarını - yaşayış yerlərini tapmaq olar: "Elmi fundamental tədqiqatlarla yanaşı, tətbiqi işlər görülməlidir. Elmi nailiyyətlərin istehsalatda tətbiqini də artırmalıyıq. Çünki bizim beynimiz gəlir gətirməlidir. Artıq büdcədən asılı olmaq istəmirik. Biz istəyirik ki, həm öz rifahımızı artıraq, həm də pulumuzu özümüz qazanaq. Bu isə beynin satışını reallaşdırmaq və onu keyfiyyətcə yeni səviyyəyə yüksəltməkdən ibarətdir".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az