Sabirabadda Amerika yenotu tələyə düşüb.
Sabirabad rayonunun Qaraqaşlı kənd sakini, Salman Muradov toyuq-cücəsini vəhşi çöl yırtıcılarından - tülkü, çaqqal və s. qorumaq üçün yaşadığı təsərrüfatda tələ qurub. Tələyə Aranda yaşamayan və rast gəlinməyən yırtıcı heyvan düşüb. Salman Muradov deyir ki, internetin köməyi tələyə düşən heyvanın Amerika yenotu olan "zolaqlı yenot" olduğunu müəyyənləşdirə biliblər.
Qeyd edək ki, yenotlar Amerikanın mülayim və tropik ərazilərində, Kanadanın cənubundan Argentinaya qədər ərazilərdə yaşayır. Bəzi yenotlar son 50 ildə insanların vasitəsilə Avropaya gətirilib. Əsasən düzən meşəliklərdə yaşayan qiymətli xəzi olan yenotların nümayəndəsinin Sabirabad rayonunda necə peyda olması maraq doğurur.
Yenotun necə qidalandığını internetdən öyrənən sakinlər heyvana həmin qidalardan verirlər.
Yenota rayon baytarları da baş çəkib. Murad Salmanov deyir ki, yenotun ayağı sağaldıqdan sonra onu zooparka təhvil verməyi düşünürlər. (apa)
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



















































.jpg)

.jpg)
