Misirin Aleksandriya şəhərindəki bir ailə ictimaiyyətə və həkimlərə müraciət edib. Onlar müraciətlərində həddən artıq olan çəkisinə görə evdən çıxmayan qohumları İman Əhməd Abdulati üçün kömək istəyiblər.
36 yaşlı qadın 500 kilo ağırlığındadır. Əgər onu təcili əməliyyat etməsələr, ölə bilər. Xəbərdə həmçinin qeyd olunub ki, İman artıq 25 ildir ki, evdən bayıra çıxmır. O, heç vaxt təhsil müəssisələrinə getməyib, təhsil almayıb. Anası və bacısı ona qulluq etməyə çalışırlar. Uşaqlığında onda "fil xəstəliyi" olduğu deyilmişdi. Anası və bacısı Abdulatinin dediyinə görə, yeniyetməliyində onun durumuna təsir edən məqamlardan biri də atasının ölümü ilə bağlı yaşadığı stress olub. Onlar uzun müddət bu xəstəliyi nəzarət altında saxlamağa çalışıblar. Amma indi media vasitəsilə həkimlərə və ictimaiyyətə yardım üçün müraciət ediblər.
Ümumiyyətlə, bəşəriyyətin ən kök qadını ünvanı rəsmi olaraq ABŞ vətəndaşı Kerol Yaqerə məxsusdur. O, 1994-cü ildə 34 yaşında dünyasını dəyişib. Hazırda isə 36 yaşlı amerikalı Mayra Rozales 470 kiloluq çəkisi ilə dünyanın rəsmi olaraq ən kök qadınıdır. Amma misirli qızın 500 kilo olması göstərir ki, o, hazırda qeyri-rəsmi olaraq dünyanın ən kök qadınıdır.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“




















































.jpg)

.jpg)