Bu günlərdə Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallı rayon tam orta ümumtəhsil məktəblərinin IX- XI sinif şagirdləri arasında "Breyn rinq" intellektual bilik yarışı üzrə Rayon birinciliyi keçirilmişdir.
Tədbirin açılış mərasimində Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və qayğıdan həmçinin respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış,tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir."Breyn rinq" oyununun keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğu bildirilmişdir.
Gərgin və maraqlı keçən İntellektual bilik yarışın yekununda Təzə Alvadı 1 saylı kənd tam orta məktəbin komandası I yerə, Çaxırlı kənd tam orta məktəbinin komandası II yerə, "Dəfinə" məktəb-liseyinin komandası III yerlərə layiq görülmüşlər .
Rayon birinciliyində qalib gəlmiş bütün komanda üzvləri Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.
Əlihüseyn Şükürov
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə


















.jpg)










.jpg)
















.jpg)






