Qəhrəmanov İbrahim adlı gənc qəbul imtahanları ərəfəsində dostu ilə 100 manatdan mərcə girib. Mərcin şərtlərinə görə İbrahim qəbul imtahanlarında keçid balını yığmalı – minimum nəticəni göstərməli imiş.
Amma imtahanların nəticələri açıqlandıqdan sonra məlum olub ki, abituriyent 3-cü qrup üzrə daha artıq - 532 bal toplayıb. Hadisənin ən maraqlı tərəfi budur ki, İbrahim hazırda "Sədərək" bazarında fəhlə işləyir.
Bu gənc 10 il bundan öncə 554 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olub. 4 il həmin ixtisas üzrə müvəffəqiyyətlə təhsil aldıqdan sonra bankda çalışıb. Amma maddi sıxıntıları, kredit borcu olduğu üçün işdən uzaqlaşdırılıb. Acınacaqlı vəziyyətə düşən İbrahim bir müddət işsiz qalıb. Amma sonradan fəhlə işləmək qərarına gəlib. O, əslən Qubadlı rayonundandır, 1993-cü ildən Sumqayıtda yararsız şəraitdə olan köhnə mehmanxanada məskunlaşıb. İbrahimin sözlərinə görə, gələn imtahanlarda daha böyük məbləğdən mərcə girərək maksimum – 700 bal toplamaq niyyətindədir. (xeberle.com)
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə


















.jpg)










.jpg)
















.jpg)






