İngilis Aurelien Hayman "hyperthymesia" adlandırılan bir sindromdan əziyyət çəkir. Sözügedən sindrom bu günə qədər edilən hər şeyi xatırlamaq anlamına gəlir. 20 yaşlı bu ingilisin yaxalandığı sindrom dünyada 20 nəfərdə görülüb.
"Oxu Məni" qəzeti bildirir ki, Hayman bu sindrom ucbatından son on ildir heç nəyi unutmur, ən incə detalına qədər xatırlayır. Maraqlıdır ki, gənc hər hansı bir tarixdə təkcə nə etdiyini yox, həm də nə yediyini, nə geyindiyini, kiminlə nə söhbət etdiyini, hətta həmin gün televizorda hansı xəbərlərin nümayiş olunduğunu və hava proqnozunu da xatırlayır. 14 yaşına çatanda keçmişdəki hər şeyi rahatlıqla xatırlaya bildiyini fərq edən Hayman bunları deyib: "Keçmişlə bağlı hər şeyi xatırlamaq dopdolu bir şkafdan istədiyini bir anda tapmaq kimi bir şeydir. Özümdən asılı olmadan xatirələrim kodlanır".
Haymanı bir çox testlərdən keçirən Hull Universiteti alimləri deyib ki, ona bəzi tarixlərdə nələr baş verdiyi ilə bağlı suallar veriblər. Alimlərin sözlərinə görə, aldıqları cavablarla gerçək məlumatları tutuşdurublar və Haymanın hər şeyi ən incə detalına qədər düz dediyi üzə çıxıb.
Günel
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































