3.5 milyon dollarlıq nahar hərracda satıldı - FOTO

3.5 milyon dollarlıq nahar hərracda satıldı - FOTO

Mediainfo.az saytı "Oxu Məni" qəzetinə istinadən xəbər verir ki. dünya şöhrətli milyarder Uorren Baffetlə nahar hərracda 3.5 milyon dollara satılıb. Milyarderlə nahar etmək üçün milyonlar sərf edən şəxsin adı isə mətbuata açıqlanmayıb.

3.5 milyon dollara satın alınan milyarderlə nahar Nyu-Yorkun "Smith & Wollensky" restoranında baş tutacaq.

Hərrac San-Fransiskoda bir həftə boyunca keçirilib. Həftənin sonuncu günü 2.8 dollarla başladılan satış 3.5 milyon dollara qədər qalxıb.

İlk bu cür birgə nahar isə 2000-ci ildə satılıb və milyarderlə nahar şansı 25 min dollara alınıb.

Daha əvvəl amerikalı investor-milyarder Uorren Baffetlə birlikdə nahar etmək hüququ 2014-cü ildə "eBay" internet-hərracında $ 2,17 milyon dollara satılıb.

Qalib "EMES" şirkətindən olan Sinqapur sakini Endi Çua olub.

"eBay" bildirib ki, dünya maliyyəsinin 85 yaşlı əfsanəsi ilə birlikdə nahar etmək üçün keçirilən hərrac 2 milyon 166 min 766 dollar həddində başa çatıb. 5 sutka davam edən hərraca ümumilikdə 121 ərizə verilmişdi.

2013-cü ildə Baffetlə nahar 1 milyon dollara başa gəlmişdi. Rekord qiymət isə 2012-ci ildə qeydə alınıb - 3 milyon 456 min 789 dolar.

Uorren Baffet "Forbes"un milyarderlər reytinqində üçüncü yeri tutur. O, planetin ən nüfuzlu şəxsləri sıransındadır. Onun var-dövləti 72.2 milyard dollar qiymətləndirilib.

Günel

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az