İstedad insana sonradan verilmir, o anadangəlmə olur. Yüksək peşə qabiliyyətinə malik olan insanlar fitrən-fitri istedad olaraq dünyaya gəlirlər. Bu cür insanlar sahib olduqları peşə sahəsində xariqələr yaradaraq xalqına böyük töhfələr bəxş edirlər. Dünyaya fitri istedad kimi gələnlərdən biri də 8 yaşlı balaca Hüseyndir.
Əlizadə Hüseyn Nizami oğlu 2008-ci ildə Bakının Yasamal rayonunda anadan olub. Evin tək övladı olan Hüseyn Yasamal rayonunun 53 saylı orta məktəbinin 2-ci sinfinə gedir. Dərslərini yaxşı oxuyan Hüseyn əlavə olaraq rəsm çəkməyi, pianoda ifa etməyi, dirijorluğu və şeir yazmağı daha çox xoşlayır. Piano çalanda özündən musiqilər bəstələyir, 2-ci sinifdən etibarən şeirlər yazır, lap uşaqlıqdan isə, haradasa 4 yaşından rəsmlər çəkməyə başlayıb. Fitri istedada malik olan Hüseyn Əlizadə incəsənətin müxtəlif sahələrinə dair özündən gözəl və bir-birindən rəngarəng fantaziyalar hazırlayır. 8 yaşlı Hüseyn eyni zamanda İslam dininə də böyük maraq göstərir. Yaşının az olmasına baxmayaraq İslam dinindən geniş anlayışa malik olan Hüseyn peyğəmbərin, imamların həyatından təfərrüatı ilə danışır. Hüseyn Əlizadə bütün bunlarla yanaşı Azərbaycan tarixini, xalqımızın qan yaddaşına yazılan "20 yanvar", "Xocalı" faciəsini, Qarabağımızın işğal olunmasını digər yaşıdlarına nisbətən böyüklərə məxsus düşüncə ilə düşünüb danışır. Bu mövzularda rəsmlər çəkir və şeirlər yazır.
Qarabağ
Düşmən səni tutdu,
Mənim Qarabağım.
Qan içində yatmısan
Mənim Qarabağım.
Füzuli, Cəbrayıl, Xocavənd,
Ən dəhşətlisi Xocalı.
Yandı Qarabağımız,
Əldən getdi canımız.
Ay və ulduz
Gecə düşür, ay çıxır,
Hər yerdə ulduz çıxır.
Hər yer qaranlıq, amma,
Onlar hələ də işıq saçır.
Bayrağımızın üstündə də
Aypara durur,
Ay üzüyə bənzəyir,
Ulduz onun qaşına.
Ana
Anam, gözəl anam,
Sənsiz heç bir insan yaşamaz.
Səndən yaxşı varlıq olmaz,
Sənə minnətdarıq,
Ana can, ana can!
Bir iyun
Bir iyun, bir iyun,
Şən iyun, gözəl iyun.
Uşaqların bayramı bir iyun,
Gözəl bayram ayı iyun.
Sevinin uşaqlar, sevinin dostlar,
Bir iyun bayramı gəldi.
Kəpənək
Kəpənəyim mənim,
Uçan gözəlim mənim.
Uç, uç, kəpənəyim,
Mənim fırlanan pərvanəm,
Kəpənəyim mənim.
Hüseyn Əlizadə (2-ci sinif şagirdi)
İsa Rəvan
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































