Azərbaycan çay içməyə görə üçüncü yerə çıxdı

Azərbaycan çay içməyə görə üçüncü yerə çıxdı

"Euromonitor International" şirkəti dünyada ən çox çay və kofe meyilli ölkələri müəyyənləşdirib.

Bu barədə Trend "Vokrug sveta" jurnalına istinadən xəbər verir. Dünyada çay içkisini ən çox sevən ölkə Özbəkistan olub. Burada 99,6 % əhali hər gün çay içir. Siyahıda Özbəkistandan sonra Keniya, Azərbaycan, Pakistan, Çin, Misir, Qazaxıstan, Nigeriya və Hindistan gəlir. Böyük Britaniya reytinqin 15-ci yerindədir - bu ölkədə 78,4 % əhalinin çaya sevgisi var.

Kofeni ən çox istifadə edən ölkə isə Qvatemaladır. Burada əhalinin ancaq 0,4 %-i çay içir, digər faiz əhali kofeyə üstünlük verir. Qvatemaladan sonra kofeni sevən ölkələr sırasında Dominikan Respublikası, Braziliya, Kosta-Rika, Yunanıstan, Kolumbiya, Filippin, Danimarka və Venesuela gəlir.

Əhalisinin çaya və kofeyə sevgisinə görə ən balanslaşmış ölkə Avstraliyadır. Burada əhali bərabər səkildə hər iki içkidən yararlanır. ABŞ-da isə kofe sevənlərin sayı çay içənlərdən 3 dəfə çoxdur.

Coğrafi baxımdan isə Asiya dövlətləri daha çox çaya, Şimali və Latın Amerika, Avropa ölkələri isə daha çox kofeyə üstünlük verirlər.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az