İspaniya növbəti dəfə ən təmiz və təhlükəsiz çimərliklərə sahib ölkə seçilib.
Bu barədə "Oxu Məni" qəzeti "Vokruq sveta" saytına istinadən xəbər verir.
Bu il İspaniya "ən yaxşı çimərliklər" nominasiyasında öz rekordunu yeniləyib. Ekoloji və İstehlakçılar Maariflənməsi Assosiasiyasının (ADEAC) məlumatına əsasən, İspaniyada bu il 586 "mavi bayraq" sertifikatı ilə qeyd edilmiş çimərliklər qeydiyyata alınıb.
Bu ölkədə ən yaxşı yay istirahəti üçün regionlar sırasında Valensiyanın adı çəkilir - burada 125 "mavi bayraq" işarəli çimərliklər var. Valensiyadan sonra siyahıda Qalisiya (123), Kataloniya (98), Əndəlüs (76) və Bolear adaları (45) yer alıblar.
Reytinqin ikinci yerində 444 "mavi bayraqla" Türkiyə, sonra isə Yunanıstan (430), Fransa (400) və Portuqaliya (315) gəlir.
Qeyd edək ki, "mavi bayraq" sertifikatı 4 meyar üzrə müəyyənləşir - suyun təmizliyi, ekologiyanın qorunması, təhlükəsizlik və istirahət edənlərin məlumatlandırılması.
Günel
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































