20 ildən də çox bundan əvvəl — 1995-ci ildə avtomobil qəzasına düşmüş amerikalı qadın Mari Ənn Franko görmə qabiliyyətini itirmişdi. Buna səbəb onun onurğa sütununun zədələnməsi olmuşdu. Lakin bu günlərdə Cənubi Floridada yerləşən evində təsadüfən yıxıldıqdan sonra qadın boyun nahiyəsini zədələyib və keçirdiyi cərrahiyyə əməliyyatından sonra görməyə başlayıb.
Virtualaz.org "Sky News" telekanalına istinadən xəbər verir ki, qadın, sözün əsl mənasında gözlərinə inanmayıb: "Səhər yuxudan durdum və ətrafıma baxdım. Ağacların arasından Günəşin şüalarını gördüm. Aman Allah, görə bilmək necə də gözəldir".
Mütəxəssislərin fikrincə, 1995-ci ildə baş vermiş qəzadan sonra qadının onurğa sütununda arteriyalar qismən sıxılıb qalıbmış ki, bu da korluğa səbəb olub. Neyrocərrahların sözlərinə görə, bu yaxınlarda keçirilmiş əməliyyat zamanı hansısa yolla həmin maneə aradan qalxıb.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































