Mediainfo.az xəbər verir ki, texnologiyanın şahı hesab olunan Apple şirkətinin Çindəki fabrikasından görüntülər aşkarlanıb. Məlum olub ki, Şanqay şəhərindəki Peqatron Corp fabrikasında 50 min işçi çalışır. Hansı ki, hər gün səhər işə gələrkən uniformalarını geyinirlər: çəhrayı geyim, mavi papaq və plastmas başmaqlar. Bu işçilər səhər yoxlanışından sonra işə başlayırlar.
İlk əvvəl bir İPad-lə üst-başları yoxlanılır ki, hər hansı bir texnoloji aparatı içəri keçirə bilməsinlər və ya aksinə.
Qeyd edək ki, 90 futbol stadionu böyüklüyündə olan fabrikadan bu günədək hələ heç bir məlumat çölə sızdırılmayıb. Qapılar ilk dəfə olaraq seçilmiş jurnalistlər üçün açılıb.
Maraq üçün deyək ki, Apple-ın işçilərinin maaşı 2 min 20 yuandan başlayır ( təqribən 300-350 azn). Müqayisə üçün isə bildirək ki, hazırlanan İphon-ların qiyməti 6 min 488 yuandan başlayır (təqribən 700-800 azn-dən).
Deyilənə görə, fevral ayında bu fabrikdə işləyən bir fəhlə 12 saat dayanmadan işlədiyindən dünyasını dəyişib. Tian Fulei adlı bir gənc isə həmkarları ilə yaşadığı yataqxanadaca ölüb.
İçşilərini 12 saat boyunca işlədib, əvəzində onlara qəpik-quruş verən Apple şirkətinin rəhbərliyi isə fəhlələrinin ölümündə heç bir günahları olmadıqlarını bəyan ediblər.
Buna baxmayaraq, işçilərin xarici görkəmlərindən bəlli olur ki, onlar ağır şərtlər altında işləyirlər. Bundan əlbəttə ki məmnun deyillər, sadəcə iş yerlərini itirmək də istəmirlər.
HAŞİYƏ:
Dünyanın ən bahalı şirkəti dünyanın ən sirli şirkəti olaraq da qalır. Apple şirkətinin uğurunu daha nələrlə müqayisə etmədilər ki?! Hətta iPhone-ların yaradılmasını yad planetlilərlə də əlaqələndirənlər olmuşdu.
Apple şirkəti fəaliyyətinə qarajdan başlamayıb:
Amerikalıların "qaraj şirkətləri" anlayışına böyük məna verməklərinə baxmayaraq Apple onlardan biri olmayıb. Onun yaradıcılarından biri olan Stiv Voznyak-ın keçən il bəyan etdiyinə əsasən, Apple şirkətinin qarajda yaradılması faktı yanlış xəbərdir. O Bloomberg Businessweek-ə verdiyi müsahibəsində bildirmişdi ki, qaraj komandanın ilkin olaraq fəaliyyətə başaldığı bir yer deyildi. Hətta bura ilham və yeni ideyalar məkanı da deyildi. Buraya sadəcə hazır məhsul gətirilir, sınaqdan keçirilir və satılması üçün mağazaya aparılırdı.
1996-cı ildə Steve Jobs elektron kommersiyanın gələcəyini proqnozlaşdırmışdı:
Steve Jobs uzaq 90-cı illərdə jurnalistlərlə internet və onun fenomenal potensialı barədə çox sayda söhbətlər aparırdı. O verdiyi müsahibələrindən birində bildirmişdi ki, internet gələcəkdə ticarətə birbaşa təsir edəcək. Bu zaman "elektron ticarət" termini hələ mövcud deyildi. O öz fikrində haqlı idi. 2014-cü ildə Cyber Monday satışları 2 milyard dollar həddini keçmiş və bununla satış tarixində rekorda imza atmışdı.
Apple-da Jobs muzeyi:
Əksəriyyətin bundan məlumatı olmasa da, Steve Jobs-un Apple şirkətindəki otağı dünyasını dəyişdikdən sonra toxunulmaz olaraq qalıb. Şirkətin baş-qərargahında yerləşən ofisdə onun adını əks etdirən löhvə də qapı üzərində qalmaqdadır. Otağın içərisindəki hər bir şey də, ən xırda əşyalara qədər toxunulmaz olaraq qalıb.
Saniyədə 39 iPhone:
iPhone 6 ilk çıxdığı günlərdə saniyədə 39 məhsul satılırdı. Bu günlər ərzində 10 milyon ədəd iPhone 6 və 6 Plus satılmışdı. Bundan əlavə, iPhone 5 satışa çıxarıldıqda bir neçə gün ərzində 5 milyon smartfon satılmışdı. 2007-ci ildə isə Apple iPhone smartfonunun satış göstəriciləri 525 000 ədəd idi.
Banu Qocaman
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































