Bu qızın həyatı birdən-birə dəyişdi - FOTO

Bu qızın həyatı birdən-birə dəyişdi - FOTO

Mediainfo.az xəbər verir ki, əslən Honq-Konqlu olsa da, Londonda yaşayan 24 yaşlı Kristin Tanqın başına bəla gəlib.

Belə ki, Nyu-Yorka tətilə gedən qız geri qayıtdıqdan sonra hər gün ürək bulantılarından təngə gəlməyə başlayıb. Get-gedə həyatının bir parçasına çevrilmiş ürək bulantılarından şübhələnən Kristin hamiləlik testləri alıb. Lakin uşağa qalmadığını öyrənib. Bununla belə, yenə də qusma halları səngimək bilməyib.

İşi belə görən Kristin London xəstəxanalarındakı həkimlərə müraciət edib. Yenə də dərdinə əlac tapılmayıb.

Getdikcə gözlərinin çəpləşməsi, digər tərəfdən də qusma hallarının artması qadının əsəblərini korlayıb. Bundan başqa, iştahsızlıq, arıqlamaq. .. Üstəgəl başgicəllənmələr...

Cavan qadın artıq çölə əsasız çıxa bilməyib.

Həkimbəhəkim dolaşmağa başlayan Kristin Vatford Xəstəxanasında çalışan bir həkimin məsləhətilə baş-beyin yoxlamasından keçib. Nəticədə məlum olub ki. onun başında 4 sm-lik şiş əmələ gəlib. Hansı ki, xərçəng xəstəliyinə çevrilmə ehtimalı var.

Dərhal Kristin Londonda Beynəlxalq Sinir Xəstəxanasında əməliyyata alınıb. Birinci əməliyyat zamanı şişin yüzdə otuz hissəsi, ikinci əməliyyatda isə yüzdə yetmişi çıxarılıb. Bundan sonra qadın 6 həftə radioterapi edilib.

"Həyatım bir andaca dəyişdi. Hər şey elə gözəl idi ki! Londonda iş yerimdən ayrılmalı oldum. Honq - Konqda qurduğum xəyallarım puç oldu. Hələ də əsa ilə gəzirəm. Gözlərimin çəpliyi tam düzəlməyib. Uzun zamandır hündürdaban ayaqqabı geyinə bilmirəm. Spirtli içki istifadə etmirəm. Bununla belə, pozitiv olmağa çalışıram".

Kristinin əməliyyatdan sonrakı fotosu:

Banu

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az