Masallıda "İntellekt" bilik yarışı keçirilib
Rayon Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 14-29 yaşlı gənclər və ümumtəhsil orta məktəblərinin IX- XI sinif şagirdləri arasında "İntellekt" bilik yarışı üzrə birincilik keçirilib.
Tədbirin açılış mərasimində Masallı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oqtay Ağayev çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və qayğıdan həmçinin respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış, tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir."İntellek" oyununun keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğu bildirilmişdir.
Gərgin və maraqlı keçən İntellektual bilik yarışının yekununda Bala Kolatan kənd tam orta məktəbin komandası I yerə, Bədəlan kənd tam orta məktəbinin komandası II yerə, "Dəfinə" məktəb-liseyinin komandası isə III yerlərə layiq görülüblər.
Fəallığına görə isə Mahmudavar kənd tam orta məktəbin komandası diplomla təltif olunub.
Rayon birinciliyində qalib gəlmiş bütün komanda üzvləri Masallı Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif ediliblər.
Əlihüseyn ŞÜKÜROV
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə



















.jpg)










.jpg)
















.jpg)





