Piyada dünya səyahətinə çıxan Hollandiya vətəndaşı Bart Jan Van Rossum Azərbaycana gəlib. O, Azərbaycanın cənub rayonlarında olub.
Səyyah apa-nın əməkdaşına bildirib ki, səyahətə çıxmaq fikrinin onda bir müddət öncə Türkiyədə olanda yaranıb.
Səyahətinə də İstanbul şəhərindən başlayıb.
Azərbaycanda olduğu 20 gün ərzində əcnəbi turist çoxlu bilgi əldə etdiyini deyib: "Piyada səyahət etməklə ölkəni daha çox görmək olur. Hər yeri görmək, daha çox bilgi əldə etmək mümkündür. Piyada səyahət zamanı insanlarla daha çox təmasda olursan. Sizin ölkənizin insanları ilə də ünsiyyət imkanım oldu, insanlarınız çox səmimidirlər".
Qonaq bildirib ki, səyahət zamanı hava şəraitinə uyğun olaraq ya çadırda, ya da hoteldə gecələyir. Hər ay səhayətə 700 avro xərcələdiyini deyən səyyah gün ərzində ən azı 30-40 km məsafə qət etdiyini söyləyib: "Piyada gəzmək yaxşı olsa da, bəzən çətinlikərlə də üzləşirəm. Uzun, kimsənin olmadığı yollarla addımlamaq adamı bezdirir".
Qeyd edək ki, həvəskar səyyah Azərbaycandan sonra İran və Türkmənistandan keçməklə səyahətini Çində başa vurmağı planlaşdırır.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə



















.jpg)










.jpg)
















.jpg)





