Günəşdə növbəti maraqlı quruluşa malik tac dəliyi formalaşıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib.
Onun sözlərinə görə, Günəşin səthində daim tac dəlikləri formalaşır. Günəşin diskində tünd hissələr kimi müşahidə olunan tac dəliklərində maqnit qüvvə xətləri açıq olur və bu səbəbdən, yüklü qaynar plazma hissəcikləri bu hissələrdən Günəşi asanlıqla tərk edərək planetlərarası fəzaya, o cümlədən Yerə doğru yüksəksürətli Günəş plazma küləyi şəklində yönəlir: "Budəfəki tac dəliyinin çox maraqlı forması var, Günəşin görünən diskinin boyunca yönəlib, təsirini isə 6 və ya 7 dekabrdan başlayaraq gözləyirik. Bu təsir, adətən Yerin maqnit sahəsinin həyəcanlaşmasına gətirib çıxarır. Fiziki şəraitdən asılı olaraq - Günəş küləyinin sürəti, planetlərarası maqnit sahəsinin istiqaməti və s. -geomaqnit qasırğası da yarana bilər".
E. Babayev bildirib ki, bu gün meteoroloji şərait insanlara daha çox təsir edəcək. Hazırda atmosfer təzyiqi 760 mm.c.t-dur. Geomaqnit indeksi Kp isə 3-ə bərabərdir (maksimum 9 olur). (apa)
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































