Əl-Qaidənin öldürülən lideri Usamə Bin Ladenin evində ələ keçirilən sənədlər ortaya çıxıb.
Axar.az xəbər verir ki, Ərəb baharı zamanı davamçılarına təlimatlarından tutmuş arvadına ünvanlanan eşq məktubuna qədər yer alan bu məlumatlar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən mediaya təqdim olunub.
Sənədlər arasında Ladenin yaxınlarına yazdığı və onların vəziyyətlərinə dair qayğılarını dilə gətirdiyi məktublar dünya ictimaiyyəti tərəfindən böyük marağa səbəb olub.
"Sənin kimi bir qadın tapa bilmərəm"
"Sevgili arvadım, göz bəbəyim, ürəyimi eşqlə, xoşbəxt xatirələrlə doldurdun. Səndən uzaqda olduğuma görə, nə zaman səni düşünsəm, gözlərim yaşla dolur. Bu dünyada qarşıma çıxan ən dəyərli varlıqsan. Səndən sonra evlənməyəcəyəm. Sənin kimi bir qadın tapa bilmərəm. Allah bizi bu dünyada bir yerə gətirənədək cihad yolunda qalacağam. Bu dünyada olmasa da, o dünyada görüşəcəyik…".
Öldürüldüyü halda arvadına ailəsinin yanına dönməsi və uşqlarını yaxşı tərbiyə etməsini vəsiyyət edən Əl-Qaidə lideri nə qədər təəccüblü olsa da, onun evlənməsinə etiraz etmədiyini qeyd edib:
"Məndən sonra evlənmək istəsən buna qarşı deyiləm. Amma cənnətdə həqiqətən mənim arvadım olmağını istəyirəm…".
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































