Merkuridə maqnit sahəsi tapılıb

Merkuridə maqnit sahəsi tapılıb

NASA-nın Merkuri ətrafında dörd il dövr etmiş "MESSENGER" kosmik aparatının verdiyi məlumatlar bu planetin maqnit sahəsinin 4 milyard il yaşının olduğunu təsdiqləyib.

"Hi-news"in xəbərinə görə, bu nəticələr alimlərə yerə ən yaxın planetin tarixini daha dərindən öyrənməkdə kömək edəcək.

2004-cü ildə Yeri tərk edən "MESSENGER" Merkuriyə 2008-ci ildə çatıb və 2011-ci ildən planetin ətrafında təxminən 4 min dəfə dövr edib. Alimlər tədqiqat zamanı kosmik aparatın 2014-2015-ci illərdə göndərdiyi məlumatlardan istifadə ediblər. Çünki məhz həmin dövrdə "MESSENGER" planetə ən yaxın məsafədən - 15 km hündürlükdən uçub. Həmin vaxtadək bu yüksəklik 200-400 km olub.

Tədqiqatın aparıcı müəllifi, planetoloq Ketrin Conson deyib ki, əvvəlcə bu missiya bir il üçün düşünülüb və heç kim uçuşun dörd il sürəcəyini gözləməyib: "Müəyyənləşdirdik ki, Merkuridə Yerdə olduğu kimi maqnit sahəsi mövcuddur, amma bu, Yerdəkindən zəifdir. Yerdən başqa günəş sisteminə daxil olan planetlər arasında merkuri maqnit sahəsi olan yeganə planetdir. Marsda nə vaxtsa maqnit sahəsinin olmasına dair sübutlar olsa da, güman edilir ki, bu sahə 3 milyard il əvvəl itib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az