Miu Miu markasının çanta reklamı Böyük Britaniyada qadağan edilib. Krallığın reklam standartları komitəsinin qadağan etməsinə səbəb reklam üzü olan model və aktrisa Mia Qotun kampaniyanın fotolarında uşağa bənzədilməsi olub.
Böyük Britaniya Reklam Standartları Komitəsinin fikrincə, çarpayının üstündə uzanaraq poza verən 22 yaşlı Mia Qot fotolarda yeniyetməyə oxşayır. Fotolarda sanki yetkinlik yaşına çatmamış, ancaq yetkin qadın geyimində olan qız uşağı seksual poza verib. Komitə bu reklamın yetkinlik yaşına çatmamış qız uşaqları üçün mətnaltı mesaj ötürəcəyindən ehtiyatlanır və bu reklamı təhqiredici hesab edir.
Mia Qotun məxsus olduğu və reklamı şifariş verən şirkətlər bununla razılaşmırlar. Onlar düşünürlər ki, modelin pozasında heç bir seksual mətnaltı yoxdur. (ans)
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































