Yaponiyanın "Denka Seiken" şirkəti və Hokkaydo Universitetinin alimləri tərəfindən hazırlanmış yeni preparat "Ebola" virusunu 15 dəqiqəyə aşkarlayır.
Trend-in "Ria Novosti"yə istinadən verdiyi məlumata görə, bu preparat şirkətin qriplə bağlı başqa bir məhsulunun əsasında hazırlanıb. Preparatda olan diaqnostik qurğu ovcun içinə yerləşir, asanlıqla daşına bilir və elektrik enerjisi tələb etmir.
Hokkaydo Universitetinin Zoonoz İnfeksiyaların Tədqiqatı Mərkəzinin alimləri "Ebola" virusuna yoluxmuş meymunların qan zərdabı üzərində sözügedən preparatı uğurla sınaqdan keçiriblər. Yaxın günlərdə həmin preparat insan qanının zərdabı üzərində də yoxlanılacaq. Alimlər hesab edir ki, xəstəliyin tez aşkarlanması virusun yayılmasının qarşısını ala bilər.
Professor Ayato Takadu "Kiodo" agentliyinə bildirib ki, yeni preparatın geniş tətbiqinə mümkün qədər tez başlamaq üçün araşdırmalar davam etdirilir.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə



















.jpg)










.jpg)
















.jpg)





