Bu xəbəri Rusiya xarici İşlər naziri Sergey Lavrov da təsdiqləyib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinin İslamı qəbul etməsi haqqında xəbəri təsdiqləyib.
ANS-in məlumatına görə, Peskov xəbəri təsdiqləyərək bildirib ki, həqiqətən, belə bir qərar qəbul edilib. Çeçenistanın lideri Ramzan Kadırov da öz tvitter səhifəsində heç vaxt bu qədər xoşbəxt olmadığını yazıb və ümid etdiyini bildirib ki, "tezliklə Vladimir Putin bütün kafirlərə və münafiqlərə qarşı cihad elan edəcək". Bu xəbəri Rusiyanın xarici İşlər naziri Sergey Lavrov da təsdiqləyib. O bildirib ki, tezliklə Rusiyaya müsəlman dövlətlərindən nümayəndə heyəti gələcək.
Rusiyalı politoloq Sergey Makarov isə bu bu xəbəri şərh edərək deyib ki, Putinin bu qərarı geosiyasi vəziyyətlə əlaqədardır. "Bizim prezident hər şeydən əvvəl Rusiyanı fikirləşir. Biz qərbin liberal pozğunluğunun əhatəsində qalmayaq deyə bizə güclü tərəfdaşlar lazımdır. İslam ölkələri də etibarlı tərəfdaş ola bilərlər. Onsuz da, Allah birdir", - deyə politoloq əlavə edib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































