Fransa məşhurlarının qatıldığı "Survivor" yarışmasının iştirakçılarını daşıyan iki helikopter havada toqquşması nəticəsində ən azı 10 nəfər dünyasını dəyişməsindən sonra bir sıra maraqlı faktlar üzə çıxıb. Türkiyə mediasının verdiyi məlumatına görə, olaydan sonra məlum olub ki, helikopter havaya qalxmadan öncə insanlara xəbərdarlıq olunub. Xəbərdarlıq isə pilotda normal çəkidən artıq yük ilə bağlı imiş. Belə ki, bildirilib ki, çəki ağır olduğuna görə 1 nəfər düşməlidir. Bu zaman Fransanın üzgüçülük üzrə Olimpiyada çempionu Alain Bernard centlmenlik göstərək "mən düşərəm" deyib. Hələ də atdığı bu addımın şokunu yaşan idmançı sosial şəbəkədəki səhifəsində bu sözləri yazıb: "Olayda həlak olan bütün insanların ailələrinə başsağlığı verirəm. Həyat çox ədalətsizdir".
Qeyd edək ki, məşhur veteran futbolçu Silvian Viltord yarışmada iştirak etsə də, qəzaya düşən helikopterdə olmayıb. Qəzanın səbəbi məlum deyil, ərazidə hava şəraitinin uçuş üçün əlverişli olduğu bildirilib.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə



















.jpg)










.jpg)
















.jpg)





