Xəzinə zinət əşyaları və qızıl sikkələrdən ibarətdir
Makedoniyalı İsgəndərin xəzinəsi tapıldı. ANS-in məlumatına görə, İsraildə mağaralardan birində aparılan araşdırma zamanı arxeoloqlar gözlənilməz tapıntı ilə qarşı-qarşıya qalıblar.
"Reuters"in məlumatına görə, tapılan zinət əşyaları ilə sikkələrin 2,3 min il yaşı var. Tarixçilərin sözlərinə görə, bu qeyd edilən dövrə aid ilk tapıntı deyil.
Xəzinə ölkənin şimalındakı əhəng mağaralarında tapılıb. Hər şey bir parçaya bükülümüş olub. "Ehtimal ki, bunlar İsgəndərin ölümündən sonra qaçan yerli əhali tərəfindən gizlədilib", deyə İsrailin antik işlər üzrə idarəsindən bildirilib.
İsrail qanunlarına görə, ölkə ərazisində tapılan artefaktlar dövlətə məxsusdur.
Xatırladaq ki, ötən ay da İsraildə tarixin ən böyük xəzinələrdən biri tapılmışdı. Belə ki, 5 üzgüçü Aralıq dənizinin dibindən iki min qızıl sikkə tapmışdı.
Makedoniyalı İsgəndər tarixin ən tanınmış sərkərdələrindən biri olub.
Mediainfo.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































