Öncəgörücü Vanqa

Öncəgörücü Vanqa

Qoynunda yaşadığımız dünyanın özü ilə bərabər onun sehr dolu aləmi həmişə maraq dairəsində olubdur. Bu sehrin mahiyyəti, ecazkarlığı istər-istəməz insanların diqqətini cəlb edibdir. Dünya yarandığı gündən bu günə kimi çox maraqlı hadisələr, möcüzələr və möcüzəli insanlar olubdur. O insanlar ki, öncəgörücülüklə yüz illərlə özlərindən sonrakı hadisələrdən xəbər veriblər. İrqindən və mənsubiyyətindən asılı olmayaraq onların söylədikləri həmişə maraq doğurubdur. Onların irsi fəaliyyəti zaman-zaman araşdırılıb, söylədiklərindən baş verən hadisələrdə öz əksini tapanlar da, tapmayanlar da olubdur. Adları tarixə düşən və bəşəriyyət tərəfindən tanınan bu insanlardan biri də Vanqa adı ilə məşhur

olan bolqarıstanlı öncəgörücü olubdur.

Vanqa kimdir?

Əsl adı Vangeliya Pandeva Quşerovadır. O, 1911-ci il yanvarın 31-də o zaman Osmanlı dövlətinin tərkibində olan Bolqarıstanda (İndiki Makedoniya ərazisində) anadan olub. Vangeliya 12 yaşında olarkən həyatında baş verən bədbəxt hadisə gələcəkdə onu görücü kimi məşhurlaşdırır. Sonradan Vangeliya qısaldılmış halda Vanqa adı ilə əvəz olur. 12 yaşlı Vanqa rəfiqələri ilə kənddən xeyli kənarda gəzərkən birdən göy üzünü iri qara bulud alaraq tufan başlayır. Havanın dəyişdiyini görüb kəndə qaçan qızların arasından Vanqanı qasırğa ağuşuna alaraq sanki havada xeyli uzağa aparır. Vanqa başına kiminsə əlinin toxunduğunu hiss edir. Sonra isə heç nə xatırlamır. Gözünü açanda isə yerdə olduğunu, başında və gözündə dəhşətli ağrılar hiss edir. Kənd camaatı qızı daş-çınqılın,
ağac budaqlarının arasında, torpağın altından tapıb evə gətirirlər. Axşama yaxın gözləri qanla dolur, sonra isə bəbəkləri ağarmağa başlayır. Gözlərindən 2 dəfə əməliyyat olunsa da nəticəsi olmur. Hər iki gözü kor olan Vanqa bu qəzadan sonra gələcək haqqında fikirlər söyləməyə başlayır. 1925-ci ildə onu korlar evinə qoyurlar. 3 ildən sonra anası vəfat etdiyindən atasının və bacı-qardaşlarının qayğısını çəkmək üçün Vanqa evə qayıdır. Kor olmağına baxmayaraq, onun evi həmişə təmiz və çox səliqəli olur.

Vanqanın öncəgörücülüyü

Hələ yeniyetməlik vaxtlarından gözlərinə cəngavər geyimli atlının göründüyünü deyən Vanqa, 1941-ci ildə həmin atlını bir daha görür. Atlı ona deyir: "Tezliklə

dünya çalxalanacaq və çoxlu xalqlar tələf olacaq. Sən burada qalacaq, ölənlər, qalanlar haqda görücülük edəcəksən. Qorxma, mən sənə nə deyəcəklərini söyləyəcəyəm". Bu hadisədən 2 ay sonra – 1941-ci il aprel ayının 6-da alman qoşunları Yuqoslaviya sərhədini keçir. Bununla da 2-ci Dünya müharibəsi başlayır. Hər şey Vanqanın gözünə görünən adamın dediyi kimi olur. Doğmalarının taleyindən narahat olan insanlar, habelə ətraf kəndlərdən onun görücülüyünü eşidib yanına gəlirlər. Gələnlərin sayı getdikcə artır. Artıq müxtəlif xəstəliklərlə də bağlı ona müraciətlər edirlər. Beləcə, Vanqa yanına gələn insanların doğmalarının müharibədə döyüşdükləri yerləri, başlarına gələn hadisələri dəqiqliklə söyləyir. Bir il davam edən bu öngörmə vaxtı Vanqa gün ərzində cəmi 2-3 saat yuxu yatır. Vanqaya müraciət edənlərdən biri də Adolf Hitler olur. Vanqa ona bu müharibədə uduzacağını desə də, Hitler inanmaq istəmir. Vanqa tutarlı dəlillərlə sübut edəndən sonra Hitler əsəbi halda onun evini tərk edir.

Kommunistlər hakimiyyətə gələndən sonra Vanqa həm dövlət məmurları, həm də din xadimləri tərəfindən təzyiqlərə məruz qalır. Kimlərinsə yanında bilmədən Stalinin 6 aydan sonra öləcəyi günü deyir. Onu bu sözünü hakimiyyətə çatdırırlar. Hakimiyyət nümayəndələri qəzəblənərək onu həbs edirlər. 1953-cü ildə Stalinin ölümündən sonra onu həbsdən buraxırlar. Sonda isə təsadüfi bir hadisə onu bu kimi problemlərdən xilas edir. Hansısa yüksək rütbəli dövlət məmuru içində məxfi materiallar olan çantanı itirir. Bütün hüquq-mühafizə orqanları axtarsalar da çanta tapılmır. Axırda çarəsiz qalan məmur Vanqanın yanına gəlir. Vanqa ona çantanın harada gizlədildiyini deyir. Bundan sonra Bolqar hakimiyyəti ona təşəkkür əlaməti olaraq "Xalq hakimiyyəti üçün faydalı insan" xarakteristikası verir. Dövlət onun evinin yanında qutu qoyaraq Vanqanın baxıcılığı üçün hər adam başına məbləğ təyin edir. Bu qərar nəticəsində 1990-cı ildə Vanqanın yanına gələnlərdən yığılan puldan dövlət xəzinəsinə 9 milyondan çox bolqar pulu daxil olur. Vanqaya hətta dövlət qulluqçusu kimi ayda 200 lev təqaüd də təyin olunur.

Vanqa 11 avqust 1996-cı ildə 85 yaşında vəfat edir.

Vanqanın dedikləri və dəhşətli proqnozları: Vanqa 1942-ci ildə Bolqar çarı III Borisə deyir: "Sənin hakimiyyətin genişlənəcək. Ancaq özünü 28 avqust tarixli günə hazırla". 1943-cü il 28 avqustda Bolqar çarı Boris vəfat edir. 1980-ci ildə Kiyev yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasında böyük bir partlayış olacağını, Sovet İttifaqının dağılacağını, 1990-cı ildə Rusiyada hakimiyyətə Boris Yeltsinin gələcəyini qabaqcadan dəqiqliyi ilə xəbər vermişdir.

"İki dəmir quş qüllələrə çırpınacaq, göy, üzü işıqlanacaq" (Amerika, 11 sentyabr 2011-ci il. Ticarət mərkəzi olan 2 hündür binaya təyyarə hücumu)

"Kursk su altında qalacaq, bütün dünya arxasınca ağlayacaq". (2000-ci ildə 118 nəfər rus əsgərinin "Kursk" sualtı qayığında faciəli ölümü).

"Vladimirin (Putinin) zəfəri dünyada hər şeyə təsir edəcək".

"İqlimlər dəyişəcək" (Qlobal istiləşmə) "Amerikanın 44-cü dövlət başçısı qara olacaq (Barak Obama). Onun gəlişindən sonra ölkə böyük bir maliyyə böhranına başlayacaq. Dünyaya barış deyil, fəlakət gətirəcək".

Vanqanın gələcəklə bağlı proqnozları:

2016-cı ildə Avropanın nüfuzu azalacaq. Avropa faktiki olaraq boşalacaq,

əhalinin sayı azalacaq.

2018-ci ildə yeni hakim olaraq Çin dünyanın əsas dövləti olacaq.

2025-ci ildə Avropada az sayda da olsa insan yaşayacaq.

2033-cü ildə Qütb buzları əriyəcək, dünya okeanının səviyyəsi yüksələcək.

2043-cü ildə müsəlman bir dövlət Avropanın hökmdarı olacaq.

2046-cı ildə süni insan orqanı yaradılacaq. Xəstə orqan yenisi ilə əvəz ediləcək.

2076-cı ildə insanlar arasında təbəqələşmə aradan qalxacaq, bütün dünyada sinifsiz bir kommunizm sistemi bərqərar olacaq.

2084-cü ildə təbiət yenidən yaranacaq.

2088-ci ildə yeni xəstəlik yayılacaq, insanlar bir neçə saniyə içində yaşlanacaqlar.

2091-ci ilə bu xəstəliyin müalicəsi tapılacaq.

2100-cü ildə insanın yaratdığı süni günəş Yer kürəsinin qaranlıq tərəfini də işıqlandırmağa başlayacaq.

2130-cu ildə Yadplanetlilərin tövsiyəsi ilə su altında yaşayış kaloniyaları salınacaq.

2154-cü ildə heyvanlar yarı insana çevriləcəklər.

2167-ci ildə yeni bir din meydana gələcək.

2170-ci ildə Yer kürəsində böyük quraqlıq və qıtlıq başlayacaq.

2256-cı ildə Kosmik səfərlər Yer kürəsinə yeni xəstəliklər gətirəcək.

2258-ci ildə zaman yolçuluğu başlayacaq, yadplanetlilərlə yeni təmaslar olacaq.

2299-cu ildə Fransada İslama Qarşı üsyan başlayacaq.

2480-ci ildə insanın süni yaratdığı iki günəş toqquşacaq.

Dünya yenidən qaranlıqda qalacaq. 3005-ci ildə Mars planetində savaş başlayacaq.

Vanqanın dediyinə görə dünyanın sonu 3797-ci ildə olacaq. Vanqa bildirmişdir ki, 3797-ci ildə Yer kürəsindəki bütün canlı həyat məhv olacaq. İnsanlar Günəş sistemində yeni yaşayış yerləri axtarmağa başlayacaqlar. İnsan oğlu başqa planetə köçəcək və yeni bir həyat başlayacaq.

İstinad: Vanqa haqqında yazılı mənbələr.

İsa Rəvan

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az